https://news.day.az/azerinews/1846642.html Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, mikromobillik vasitələrinin sifarişində rekord göstərici qeydə alınıb.

Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb

Azərbaycanca, 8 июля 2026 11:46 (UTC +04:00) 303
Bakıda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, mikromobillik vasitələrinin sifarişində rekord göstərici qeydə alınıb.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, 2026-cı ilin iyun ayında velosiped və skuterlər 468 751 dəfə sifariş edilib. Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 351 nəfər, qət edilən məsafə isə 1 009 172 km təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости