İran Oman və Bəhreynə hücum edib
Bəhreynda gün ərzində sayca üçüncü dəfə İranın ballistik raket və dron hücumları ilə əlaqədar həyəcan təbilləri çalınıb.
Day.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH ) Bəhreyndəki ABŞ hərbi bazasında yerləşən infrastruktur obyektlərinin, həmçinin Omandakı radiolokasiya kompleksi və gəmilərin aşkarlanması üçün nəzərdə tutulan radarın məhv edildiyini bəyan edib. Bu barədə SEPAH-ın "Tasnim" agentliyində dərc olunmuş bəyanatında bildirilir.
Mətnə əsasən, Bəhreyndə ABŞ ordusuna məxsus obyektlər və infrastruktur, Omandakı uzaqmənzilli FPS radarı və gəmilərin aşkarlanması üçün nəzərdə tutulan radar məhv edilib".
Bundan əvvəl rəsmi Tehran ABŞ zərbələrinə cavab olaraq ölkənin körfəz dövlətlərindəki obyektlərini hədəfə alacağını bildirmişdi.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре