https://news.day.az/azerinews/1847669.html
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
Oğuz rayonunda 28 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində baş verib. Bildirilib ki, kənd sakini, 28 yaşlı Coşqun Babayev yaxınları tərəfindən yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı
Oğuz rayonunda 28 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərmənət kəndində baş verib.
Bildirilib ki, kənd sakini, 28 yaşlı Coşqun Babayev yaxınları tərəfindən yaşadığı evdə ölü vəziyyətdə tapılıb.
Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре