https://news.day.az/azerinews/1849005.html Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur Dünyanın ən gözəl sözü seçilib. Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Yeni Zelandiyanın yerli maori dilinə aid olan "Kaitiakitanga" sözü xüsusi mükafata layiq görülüb. Bildirilir ki, bu sözün digər dillərdə dəqiq qarşılığı yoxdur.

Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

Azərbaycanca, 20 июля 2026 01:38 (UTC +04:00) 338
Dünyanın ən gözəl sözü seçildi: Tərcüməsi yoxdur

Dünyanın ən gözəl sözü seçilib.

Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, Yeni Zelandiyanın yerli maori dilinə aid olan "Kaitiakitanga" sözü xüsusi mükafata layiq görülüb.

Bildirilir ki, bu sözün digər dillərdə dəqiq qarşılığı yoxdur. Termin insanların gələcək nəsillər naminə təbiəti qorumaq və ona qayğı göstərmək məsuliyyətini ifadə edir. Maori mədəniyyətində insanlar özlərini təbiətin sahibi deyil, onun ayrılmaz hissəsi hesab edirlər.

Söz beynəlxalq dil platforması tərəfindən sosial şəbəkələrdə və dilçilik forumlarında aparılan müzakirələr əsasında müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sözün səslənişi, mənası, tələffüzü və mədəni dəyəri nəzərə alınıb.

 

Müsabiqə çərçivəsində 75-dən çox dili təmsil edən 223 söz araşdırılıb və nəticədə "Kaitiakitanga" dünyanın ən gözəl sözü seçilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости