Rezidenturaya qəbulun II mərhələsinə qeydiyyat başlanır
Rezidenturaya qəbul imtahanınin II mərhələsinə qeydiyyat başlanır.
Bu barədə Dövlət İmtahan Mərkəzinin rəsmi saytında məlumat dərc edilib.
Məlumata görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) "məqbul" almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 22 iyuldan 30 iyul saat 23:59-dək tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.
"Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan (40 və daha çox bal toplayan) tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar", - məlumatda bildirilib.
Qeyd edək ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 9-da Bakı və Naxçıvan şəhərlərində elektron formada keçirilməsi nəzərdə tutulur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре