https://news.day.az/azerinews/1851841.html Azərbaycan XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib Azərbaycan Xarici İşlər Nazirliyi növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşının ağır yaralanması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib. Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Baş vermiş növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşı ağır yaralanıb.

Azərbaycan XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycanca, 3 августа 2026 16:42 (UTC +04:00) 155
Azərbaycan XİN mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

Azərbaycan Xarici İşlər Nazirliyi növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşının ağır yaralanması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Baş vermiş növbəti mina partlayışı nəticəsində iki Azərbaycan vətəndaşı ağır yaralanıb.

2020-ci ildə başa çatan Vətən müharibəsindən indiyədək 433 nəfər Ermənistanın mina çirklənməsinin qurbanına çevrilib.

Bu faciə minaların insanların həyatına vurduğu ağır zərəri və günahsız insanların hər gün üzləşdiyi təhlükəni bir daha xatırladır.

Minalardan təmizləmə səylərinə beynəlxalq dəstəyin gücləndirilməsinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin təmin olunması üçün vacibdir", - deyə paylaşımda qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости