https://news.day.az/azerinews/1854957.html Kim Çen Inla bu ilin sonunda görüşəcəyimizi gözləyirəm - Tramp ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bildirib. Day.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Kim Çen Inla bu ilin sonunda görüşəcəyimizi gözləyirəm - Tramp

Azərbaycanca, 19 августа 2026 20:52 (UTC +04:00) 112
Kim Çen Inla bu ilin sonunda görüşəcəyimizi gözləyirəm

ABŞ Prezidenti Donald Tramp bu ilin sonunda Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini bildirib.

Day.Az Trend-ə istinadən bildirir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Tramp qeyd edib ki, bu görüş onun prezidentliyinin ilk dönəmində Şimali Koreyanın nüvə silahı proqramından imtina etməsinə nail olmaq məqsədilə başladığı diplomatik səylərin yenidən bərpa olunacağına işarə edə bilər.

Tramp bildirib ki, Şimali Koreyanın nüvə arsenalına malik olmasına keçmiş prezidentlər tərəfindən heç vaxt imkan verilməməli idi.

"Mən onunla çox yaxşı münasibətdəyəm... O, yaxşı olacaq. ABŞ-nin başında ağıllı prezident olduğu müddətdə onun vəziyyəti yaxşı olacaq", - deyə Tramp qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости