https://news.day.az/azerinews/1862643.html Akrobatlarımız Dünya çempionatının finalında - FOTO 24-27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya çempionatına ev sahibliyi edir. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Akrobatlarımız Dünya çempionatının finalında - FOTO

Azərbaycanca, 25 сентября 2026 17:41 (UTC +04:00) 209
Akrobatlarımız Dünya çempionatının finalında

24-27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə Dünya çempionatına ev sahibliyi edir.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Bildirilib ki, nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri - Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.

Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər.

Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar.
Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyümüz isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəliblər.

  • Akrobatlarımız Dünya çempionatının finalında
  • Akrobatlarımız Dünya çempionatının finalında
  • Akrobatlarımız Dünya çempionatının finalında
  • Akrobatlarımız Dünya çempionatının finalında
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости