https://news.day.az/azerinews/1868790.html Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirildi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin səlahiyyəti əlindən alınaraq Sosial siyasət komitəsinə veriləcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirildi

Azərbaycanca, 22 октября 2026 11:25 (UTC +04:00) 259
Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin səlahiyyəti əlindən alınaraq Sosial siyasət komitəsinə veriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Belə ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, İqtisadi siyasət komitəsi turizmlə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.

Qanun layihəsində bu səlahiyyətin İqtisadi siyasət komitəsindən alınaraq Sosial siyasət komitəsinə verilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Sosial siyasət komitəsi turizm sahəsi üzrə qanun layihələrini hazırlayacaq və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verəcək.

Həmçinin, Humanitar siyasət komitəsi Naxçıvan Muxtar Respublikasının fəxri adlarına dair qanun və qərar layihələri üzrə aparıcı komitə hesab ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости