https://news.day.az/azerinews/1868963.html Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının tarixi açıqlanıb Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib. AFFA-dan verilən məlumata görə, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi "FIFA U-20 World Cup 2027™"nin tarixi rəsmən açıqlanıb. 20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq.

Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının tarixi açıqlanıb

Azərbaycanca, 22 октября 2026 20:12 (UTC +04:00) 251
Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatının tarixi açıqlanıb

Bu gün FIFA Şurası Bürosunun iclası keçirilib.

AFFA-dan verilən məlumata görə, iclasda Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi "FIFA U-20 World Cup 2027™"nin tarixi rəsmən açıqlanıb.

20 yaşadək futbolçulardan ibarət komandalar arasında yarış 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Dünya çempionatı 24 komandanın iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, turnirin rəsmi brendi oktyabrın 16-da təqdim olunub. Gənc futbolçulara və onları dəstəkləyən azarkeşlərə ünvanlanan "Bu oyun sənlikdir" rəsmi şüarı yeni nəsil futbol ulduzlarını tarix yazmağa dəvət edir.

Həmçinin FIFA U-20 Dünya Çempionatı 2027-nin rəsmi brendi Bakının simvolik məkanlarından olan Qız Qalasında, eyni zamanda Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.

FIFA U-20 Dünya Çempionatı 2027-ni stadionlardan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı məlumat almaq üçün FIFA.com/tickets səhifəsində qeydiyyatdan keçə bilərlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости