Aleksiya Putelyas qadın futbolunda ilin ən yaxşısı seçildi
İspaniyalı futbolçu Aleksiya Putelyas 2026-cı ilin "Qızıl top" mükafatının sahibi olub.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, qadın futbolunda ilin ən yaxşı oyunçusu Londonda keçirilən mükafatlandırma mərasimində müəyyənləşib.
Putelyas karyerasında üçüncü dəfə bu nüfuzlu mükafata layiq görülüb. O, daha əvvəl 2021 və 2022-ci illərdə də "Qızıl top"u qazanıb.
Qeyd edək ki, Aleksiya Putelyas "Qızıl top" mükafatını ötən mövsüm "Barselona"nın heyətində göstərdiyi çıxışa görə qazanıb. İspaniyalı futbolçu 2026-cı ilin iyulunda Kataloniya klubundan ayrılaraq İngiltərənin "London Siti Layones" komandasına keçib.
Bununla da ispaniyalı futbolçu üç dəfə mükafatın sahibi olmuş Aytana Bonmatiyə çatıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре