https://news.day.az/azerinews/1869853.html "Həzi Aslanov" stansiyası açıldı Bu gündən Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində qatarların hərəkəti bərpa olunub. Bununla da "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə qatarlar müntəzəm hərəkətə başlayıb.

"Həzi Aslanov" stansiyası açıldı

Azərbaycanca, 27 октября 2026 08:35 (UTC +04:00) 273
"Həzi Aslanov" stansiyası açıldı

Bu gündən Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində qatarların hərəkəti bərpa olunub.

Bununla da "Həzi Aslanov"-"İçərişəhər" xətti üzrə qatarlar müntəzəm hərəkətə başlayıb. Əvvəllər tətbiq edilən məhdudiyyətə əsasən, qatarlar Həzi Aslanov stansiyasından Əhmədliyə qədər hərəkət edir, daha sonra geriyə qayıdırdı.

Xatırladaq ki, "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Təmir işləri ilə əlaqədar qatarların hərəkəti məhdudlaşdırılmışdı.

Yenidənqurma çərçivəsində dalan infrastrukturu yenilənib, yollar altı vaqonlu qatarların qəbulu üçün uzadılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости