https://news.day.az/azerinews/1869988.html Razi Əliyevanı döyən eks-sevgilisinə iş kəsildi - 9 il 6 ay Bakıda model Raziyyat (Razi) Əliyevaya qarşı xəsarət yetirməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə iclası baş tutub. Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağir Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Razi Əliyevanı döyən eks-sevgilisinə iş kəsildi - 9 il 6 ay

Azərbaycanca, 27 октября 2026 14:39 (UTC +04:00) 250
Razi Əliyevanı döyən eks-sevgilisinə iş kəsildi

Bakıda model Raziyyat (Razi) Əliyevaya qarşı xəsarət yetirməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə iclası baş tutub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Bakı Ağir Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ziya Hüseynzadə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur.

Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Z.Hüseynzadə 2023-cü il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törədib. Razi Əliyeva ilə Ziya Hüseynzadənin bir müddət sevgi münasibətlərində olduğu məlumdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости