Azərbaycan boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 final mərhələsində Çexiya təmsilçisi Kelvin Sokessa ilə qarşılaşıb. Hər üç raundda üstün olan Nəbi İsgəndərov yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq ən azı bürünc medalı təmin edib.
Azərbaycanlı boksçu dekabrın 1-də finala vəsiqə uğrunda özbəkistanlı Abdullah Madaminovla qarşılaşacaq.
Qeyd edək ki, bir gün əvvəl Azərbaycanın digər təmsilçisi Məhəmməd Abdullayev də (+90 kq) yarımfinala yüksəlib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре