https://news.day.az/azerinews/906137.html Hazırlıq qruplarına abituriyent qəbulunun şərtləri necə olacaq? - Nazirdən AÇIQLAMA Day.Az представляет новость на азербайджанском языке Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.

Hazırlıq qruplarına abituriyent qəbulunun şərtləri necə olacaq? - Nazirdən AÇIQLAMA

Azərbaycanca, 14 июня 2017 16:25 (UTC +04:00) 964
Hazırlıq qruplarına abituriyent qəbulunun şərtləri necə olacaq?

Day.Az представляет новость на азербайджанском языке

Təhsil naziri Mikayıl Cabbarov ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərəcək hazırlıq qruplarına abituriyent qəbulunun şərtlərinin necə olacağı məsələsinə münasibət bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, M.Cabbarov jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilik qüvvəyə mindikdən sonra ətraflı məlumat veriləcək:

"Bundan sonra Təhsil Nazirliyi tərəfindən mexanizm barədə ətraflı məlumat veriləcək. Keçmişdə bu məsələ barədə ilkin məlumat verilmişdi. Müzakirələrdə və kütləvi informasiya vasitələrində yayılan şərhlərdə qeyri-dəqiqlik var idi. Ona görə də anlaşmazlıq yaratmamaq üçün təklif edərdim ki, qanunvericiliyin sonuncu variantını gözləyək. Bunun əsasında Təhsil Nazirliyi tərəfindən tam dəqiq məlumat veriləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости