2017 dünyanın ən dəhşətli 3 ilindən biri imiş
Day.Az представляет новость на азербайджанском языке
Birləşmiş Millətlər Təşkilatının Dünya Meteorologiya Komitəsi (WMO) 2017-ci ilin qeydə alınan ən isti 3 il arasında yer aldığını bildirib.
Day.Az xəbər verir ki, komitə tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, isti hava dalğaları, quraqlıq, qasırğalar və sel basqınları Yer kürəsinin isinməsinə yüksək təsir göstərib. Karbon-dioksidin artması və dəniz səviyyəsinin yüksəlməsi, həmçinin, okean sularında turşu miqdarının artması iqlim dəyişikliyinin uzun müddətli işarələri kimi göstərilib.
Şimali Buz dənizindəki buz faizi ortalama səviyyənin altında qalıb və daha öncə sabit olan Antraktida dəniz buzu səviyyəsi isə rekord səviyyədə eniş edib.
Qeyd edək ki, meteorologiya komitəsi 2016-cı ilin bütün dünyada bu günədək qeydə alınan ən isti il olduğunu elan edib. (publika.az)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре