https://news.day.az/azeristar/1847159.html Sağlamlığı yaxşılaşdıran beş sadə səhər vərdişi AÇIQLANIB Britaniyalı həkim Əmir Xan sağlamlığı yaxşılaşdırmağa kömək edən və əlavə xərc tələb etməyən beş səhər vərdişini tövsiyə edib.

Sağlamlığı yaxşılaşdıran beş sadə səhər vərdişi AÇIQLANIB

AzeriStar, 11 июля 2026 02:47 (UTC +04:00) 1 282
Sağlamlığı yaxşılaşdıran beş sadə səhər vərdişi

Britaniyalı həkim Əmir Xan sağlamlığı yaxşılaşdırmağa kömək edən və əlavə xərc tələb etməyən beş səhər vərdişini tövsiyə edib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, günə bir stəkan su içməklə başlamaq və 10-20 dəqiqə gün işığında vaxt keçirmək orqanizmin maye balansını bərpa edir, bioloji saatı tənzimləyir və enerji səviyyəsini artırır.

Həkim həmçinin ot üzərində ayaqyalın gəzməyi və təbiət səslərini dinləməyi məsləhət görür. Bu vərdişlərin sinir uclarını stimullaşdırdığı, tarazlığı inkişaf etdirdiyi, stressi azaltdığı və əhvali-ruhiyyəni yaxşılaşdırdığı bildirilir.

Mütəxəssis səhərlər beş dəfə dərin və aramla nəfəs almağı da tövsiyə edir. Onun sözlərinə görə, bu sadə məşq sinir sistemini sakitləşdirir, ürək döyüntüsünü azaldır və stressin orqanizmə təsirini minimuma endirməyə kömək edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости