https://news.day.az/azerinews/1352293.html
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığından keçərkən "Toyoto" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində "Toyoto"da olan bir nəfər xəsarət alıb.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре