https://news.day.az/azerinews/1712793.html Bakı metrosunda nasazlıq yarandı - Sərnişinlər düşürüldü - YENİLƏNİB Bakı metrosunda nasazlıq yarandıb. Sərnişinlər düşürülüb.

Bakı metrosunda nasazlıq yarandı - Sərnişinlər düşürüldü - YENİLƏNİB

Azərbaycanca, 4 декабря 2024 19:19 (UTC +04:00) 743
Bakı metrosunda nasazlıq yarandı

Yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Day.Azxəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.

"Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib", - o qeyd edib.

--------
18:34

Bakı metrosunda nasazlıq yarandıb. Sərnişinlər düşürülüb.

Day.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat açıqlama yayıb.

"Yaşıl xətt" üzrə "Əhmədli"-"Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasında olarkən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

 

Bu səbəbdən "28 May" stansiyasında sərnişinlər düşürülüb. Hazırda qatar xəttə olarkən ona baxış keçirilir. Əlavə məlumat veriləcək".

 
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости