https://news.day.az/azerinews/1749291.html Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalıda aşkarlanan kütləvi məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq

Azərbaycanca, 1 мая 2025 13:10 (UTC +04:00) 427
Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq

Aşkarlanan meyit qalıqlarının laboratoriyada eyniləşdirmə işləri aparılacaq.

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalıda aşkarlanan kütləvi məzarlıqda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu günə olan məlumata görə, Xocalı soyqırımı ilə bağlı Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi 210 nəfər qeydiyyata alınıb:

"Onların 38-i uşaq, 42 nəfəri hərbçi, digərləri isə mülki şəxslərdir. Ötən il Xocalıda aşkarlanan 18 nəfərin 10 nəfərinin meyitinin qalıqları ailəsinə təhvil verilib. Digərləri ilə bağlı eyniləşdirmə prosesi davam edir.

Bu, Xocalıda aşkarlanan 3-cü kütləvi məzarlıqdır. Bu məzarlıqlar müvafiq qurumlar tərəfindən qeydiyyata alınaraq sənədləşdirilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости