https://news.day.az/azerinews/1753123.html "Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur. Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

Azərbaycanca, 16 мая 2025 11:26 (UTC +04:00) 400
"Diqlas"ın yerində yeni ticarət mərkəzi tikiləcək

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəllər "Diqlas" ticarət mərkəzinin yerləşdiyi ərazidə) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.

Bu barədə Day.Az-a Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.

Xatırladaq ki, 2019-cu ildə "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğından sonra ticarət mərkəzi sökülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости