https://news.day.az/azerinews/1755901.html Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - ANBAAN VİDEO Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb. Day.Az xəbər verir ki, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.

Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - ANBAAN VİDEO

Azərbaycanca, 27 мая 2025 10:02 (UTC +04:00) 442
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb

Sosial şəbəkələrdə paytaxtın Xətai rayonunda Şərur rayon sakini Firudin Bağırova qarşı xuliqanlıq edilməsinə dair görüntülər yayılıb.

Day.Az xəbər verir ki, F. Bağırovun qızı bir qrup şəxsin onların evinin qarşısına gələrək atası ilə münaqişə yaratdığını bildirib.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq qeyd edib ki, hadisə mayın 20-si qeydə alınıb: "İnsident zamanı Rauf Şamxalov idarə etdiyi "Hyundai" markalı avtomobillə aralarında yaranan şəxsi mübahisə zamanı Firudin Bağırovu vuraraq xuliqanlıq hərəkətləri edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, iki nəfər şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости