https://news.day.az/azerinews/1782991.html Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb - FOTO Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb. Day.Az xəbər verir ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb - FOTO

Azərbaycanca, 24 сентября 2025 19:18 (UTC +04:00) 554
Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşüb.

Day.Az xəbər verir ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Serbiya arasında fəal siyasi dialoqun qurulduğu qeyd edilib, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirib.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüş zamanı Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

  • Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
  • Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
  • Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
  • Baş nazir Əli Əsədov Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости