Prezident İlham Əliyev: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

"Biz bundan çox məmnunuq, buna böyük əhəmiyyət veririk", - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir.