Hoteldə ürəyi dayanıb

Bakıda hoteldə ölüm hadisəsi olub. 

Day.Az xəbər verir ki, hadisə Nizami rayonu, T.Abbasov küçəsi 38-də yerləşən "Nord" hoteldə qeydə alınıb. 

Orada işləyən Bakı şəhər sakini, 28 yaşlı Emil Bağıyev qəfil ölüb. Onu infarktdan öldüyü ehtimal edilir.

Araşdırmalar aparılır. (lent.az)