Onlayn platformalarda məhsulların niyə baha satıldığı

İnternet üzərindən alış-verişdə alıcıların ən çox narazı qaldığı məsələlərdən biri eyni məhsulun fərqli ölkələr üçün fərqli qiymətlərlə satılmasıdır.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, iqtisadçı Kamran Hacıyev qiymət fərqinin daşınma, geri qaytarma riskləri, komissiyalar, bazar tələbi və satıcıların qiymət siyasəti ilə bağlı olduğunu bildirib. 

O, qeyd edib ki, Türkiyədə 21 manata satılan məhsul Azərbaycan üçün eyni platformada 40 manata təklif oluna bilir.

Marketplace modeli ilə işləyən platformalarda qiymətləri platforma deyil, məhsulu satışa çıxaran satıcı müəyyən edir.

Ekspertin sözlərinə görə, bəzi platformalarda qiymətlər istifadəçinin yerləşdiyi ölkədən asılı olaraq da dəyişə bilir.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli