https://news.day.az/azerinews/1852509.html Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi internet saytında dərc olunan məlumatda qeyd edilib. Bildirilib ki, kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib:

Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır

Azərbaycanca, 6 августа 2026 19:19 (UTC +04:00) 171
Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır

Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi internet saytında dərc olunan məlumatda qeyd edilib.

Bildirilib ki, kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib:

"Hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir".

"Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq. Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости