İranın Ali Lideri Pezeşkianla ilə bir sıra məsələləri müzakirə edib
İranın Ali Lideri Seyid Müctəba Xamenei prezident Məsud Pezeşkianla ölkənin iqtisadi və hərbi məsələləri haqda görüşərək danışıqlar aparıb.
Day.Az xəbər verir ki, bu barədə İranın Ali Liderinin ofisi Pezeşkianın prezidentliyinin 3-cü ilinin başlanması ilə əlaqədar məlumat yayıb.
Görüşdə ölkə problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin olunması, mövcud müharibə şəraiti, qarşıdakı gələcək, hərbi sahələrdəki proseslər, ölkə valyutası, xarici valyuta və enerji istehlakının idarə olunması, xarici tərəflərlə iqtisadi mübadilələr haqda fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, İranın sabiq lideri Ayətullah Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində ölüb. İranın Rəhbərlik Ekspertlər Şurası onun oğlu Seyid Müctəba Xameneini onun yerinə rəhbər seçib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре