https://news.day.az/azerinews/1853049.html Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib. Bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən mətbuat konfransında deyib. Pezeşkian Bakı ilə münasibətlərin yaxşılaşdığını bildirib və Azərbaycanın müharibə zamanı göstərdiyi yardımı ayrıca qeyd edib.

Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib - Pezeşkian

Azərbaycanca, 10 августа 2026 00:30 (UTC +04:00) 146
Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib

Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib.

Bunu İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən mətbuat konfransında deyib.

Pezeşkian Bakı ilə münasibətlərin yaxşılaşdığını bildirib və Azərbaycanın müharibə zamanı göstərdiyi yardımı ayrıca qeyd edib.

Onun sözlərinə görə, aparılan danışıqlardan sonra nəqliyyat marşrutları, eləcə də İran bankının və səfirliyinin fəaliyyəti bərpa olunub.

"Müharibə zamanı onlar müxtəlif marşrutlarla - istər Rusiyadan gələn tədarüklər, istərsə də öz imkanları hesabına - bizə əhəmiyyətli yardım göstərirdilər. Bizim ehtiyac duyduğumuz bütün məsələlərdə bizə dəstək olurdular", - deyə M. Pezeşkian bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости