https://news.day.az/azerinews/1854650.html Sürücülər bunu mütləq bilməlidir ƏKS HALDA 800 MANAT CƏRİMƏ Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmiz və tam oxunuqlu saxlanılması qanunvericiliyin tələbidir.

Sürücülər bunu mütləq bilməlidir ƏKS HALDA 800 MANAT CƏRİMƏ

Azərbaycanca, 18 августа 2026 15:10 (UTC +04:00) 153
Sürücülər bunu mütləq bilməlidir

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmiz və tam oxunuqlu saxlanılması qanunvericiliyin tələbidir.

Hava şəraiti və ya palçıq səbəbindən nömrənin görünməz hala gəlməsi sürücünün məsuliyyətsizliyi kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə ilə nəticələnir. Belə vəziyyətlərdə hər hansı bir cərimə balı tətbiq olunmur və sürücü nömrəni yerindəcə təmizlədikdən sonra hərəkətinə maneəsiz davam edə bilər.

Lakin nömrənin oxunmasını çətinləşdirmək məqsədilə qəsdən kənar əşyalardan, örtüklərdən və ya xüsusi avadanlıqlardan istifadə edilməsi daha ciddi hüquqi məsuliyyət yaradır. Radarlardan və ya kameralardan yayınmaq üçün edilən bu növ qanun pozuntuları eyni məcəllənin 342.9-cu maddəsi ilə tənzimlənir və sürücünü 500 manatdan 800 manatadək yüksək məbləğdə cərimə gözləyir. Eyni zamanda, qaydanı pozan nəqliyyat vasitəsi dərhal cərimə meydançasına aparılır və nömrəni gizlədən cihaz və ya materiallar müsadirə edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости