https://news.day.az/azerinews/1857176.html Həyət hasarı əgər bu hündürlüyü keçərsə cərimə tətbiq ediləcək - 1000 MANAT Azərbaycanda torpaq sahəsinin hasarlanması Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də yerli tikinti normativlərinin tələblərinə uyğun həyata keçirilməlidir.

Həyət hasarı əgər bu hündürlüyü keçərsə cərimə tətbiq ediləcək - 1000 MANAT

Azərbaycanca, 1 сентября 2026 17:09 (UTC +04:00) 226
Həyət hasarı əgər bu hündürlüyü keçərsə cərimə tətbiq ediləcək

Azərbaycanda torpaq sahəsinin hasarlanması Şəhərsalma və Tikinti Məcəlləsinin, eləcə də yerli tikinti normativlərinin tələblərinə uyğun həyata keçirilməlidir.

Hasarın hündürlüyü, bir qayda olaraq, qonşu sahələrin işıqlandırılmasına, havalandırılmasına mane olmamaq və ümumi estetik görünüşü pozmamaq şərtilə maksimum 2-2.2 metr aralığında müəyyən edilir. Hasar çəkilərkən torpağın rəsmi mülkiyyət sərhədləri (kupça sənədlərindəki ölçülər) dəqiq qorunmalı, küçə xəttinə (qırmızı xəttə) və kommunikasiya xətlərinin (qaz, su, işıq) mühafizə zonalarına müdaxilə edilməməlidir.

Tikintiyə başlamazdan əvvəl müvafiq yerli icra hakimiyyəti orqanından (şəhərsalma şöbəsindən) memarlıq-planlaşdırma icazəsinin alınması və ya məlumatlandırma icraatının yerinə yetirilməsi qanuni zərurətdir.

Qanunsuz və müvafiq icazə olmadan hasar çəkilməsi, yaxud dövlət torpaqlarının zəbt edilməsi İnzibati Xətalar MəcəlləsinəCinayət Məcəlləsinə əsasən ciddi məsuliyyət yaradır. Sənədsiz və ya sərhədləri pozaraq hasar çəkməyə görə fiziki şəxslər üçün cərimələr inzibati xətanın növündən asılı olaraq şərti olaraq 300 manatdan 1000 manatadək və daha yuxarı məbləğlərdə dəyişə bilər.

Əgər hasarlanma bələdiyyə və ya dövlət torpağının qanunsuz zəbt edilməsi ilə müşayiət olunarsa, bu halda cərimələr kəskin artır, həmçinin hasarın sökülməsi xərcləri mülkiyyətçinin üzərinə qoyulur və cinayət məsuliyyəti (hətta azadlıqdan məhrumetmə) təhlükəsi yaranır.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости