https://news.day.az/azerinews/1858620.html Sürücülərin diqqətinə: maşında bu avadanlıq mütləq olmalıdır Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, minik avtomobillərində yanğınsöndürmə balonunun (odsöndürənin) olması mütləqdir, lakin onun olmamasına görə birbaşa pul cəriməsi nəzərdə tutulmayıb.

Sürücülərin diqqətinə: maşında bu avadanlıq mütləq olmalıdır

Azərbaycanca, 8 сентября 2026 17:10 (UTC +04:00) 228
Sürücülərin diqqətinə:

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, minik avtomobillərində yanğınsöndürmə balonunun (odsöndürənin) olması mütləqdir, lakin onun olmamasına görə birbaşa pul cəriməsi nəzərdə tutulmayıb.

"Yol hərəkəti haqqında" Qanunun 1 nömrəli Əlavəsinin ("Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı") tələblərinə görə, avtomobildə tibb qutusu və qəza-duracaq nişanı ilə yanaşı, yararlı odsöndürən balonun da olması məcburidir. Bununla belə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (məsələn, yanğın təhlükəsizliyi qaydalarının pozulmasını tənzimləyən 518-ci maddədə və ya nasazlıqlara aid 342-ci maddədə) sıravi sürücülərin şəxsi minik avtomobillərində yanğınsöndürən balonun olmamasına görə hər hansı cərimə sanksiyası və ya protokol mexanizmi müəyyən edilməmişdir

Buna baxmayaraq, yanğınsöndürmə balonunun olması texniki baxış prosesində məcburi tələbdir və balon olmadıqda və ya istismar müddəti bitdikdə nəqliyyat vasitəsi texniki baxışdan keçə bilməz. Dövlət Yol Polisi (DYP) rəsmiləri və nəqliyyat ekspertləri mütəmadi olaraq bildirirlər ki, qanunvericilikdə birbaşa pul cəriməsinin olmaması sürücüləri arxayınlaşdırmamalıdır. Çünki qəfil naqil qısaqapanmaları və ya yol-nəqliyyat hadisələri zamanı avtomobildə odsöndürənin olması cərimədən yayınmaq üçün deyil, birbaşa sürücünün və sərnişinlərin həyat təhlükəsizliyini təmin etmək üçün həyati əhəmiyyət kəsb edir.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости