https://news.day.az/azerinews/1858994.html Yeni çəkilən asfaltın qısa müddətdə çökməsinin SƏBƏBİ - VİDEO Bakının müxtəlif ərazilərində yolların yenilənməsi və asfaltlanması işləri aparılsa da, bəzi hissələrdə yeni çəkilən asfalt qısa müddət sonra çökür. Day.Az xəbər verir ki, xüsusilə hərəkətin intensiv olduğu magistrallarda bu problem sürücülərə ciddi çətinlik yaradır, avtomobillərə zərər vurur və nəqliyyat axınını zəiflədir.

Yeni çəkilən asfaltın qısa müddətdə çökməsinin SƏBƏBİ - VİDEO

Azərbaycanca, 10 сентября 2026 10:40 (UTC +04:00) 135
Yeni çəkilən asfaltın qısa müddətdə çökməsinin

Bakının müxtəlif ərazilərində yolların yenilənməsi və asfaltlanması işləri aparılsa da, bəzi hissələrdə yeni çəkilən asfalt qısa müddət sonra çökür.

Day.Az xəbər verir ki, xüsusilə hərəkətin intensiv olduğu magistrallarda bu problem sürücülərə ciddi çətinlik yaradır, avtomobillərə zərər vurur və nəqliyyat axınını zəiflədir.

Müşahidələr zamanı 8 Noyabr prospektində həm yol, həm də səki hissəsində çökmələr qeydə alınıb. Eyni problem Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində də müşahidə olunur. Sürücülərin sözlərinə görə, həmin ərazidə asfalt qatı demək olar ki, hər ay çökür və yenidən təmir edilir.

Problemin səbəbləri və görülən işlərin keyfiyyəti ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edilib. Lakin qurumdan suallara cavab verilməyib.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости