https://news.day.az/azerinews/1868282.html Əcnəbilər üçün müvəqqəti yaşamaq və iş icazəsi ilə bağlı güzəştlər genişləndirilir Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.

Əcnəbilər üçün müvəqqəti yaşamaq və iş icazəsi ilə bağlı güzəştlər genişləndirilir

Azərbaycanca, 20 октября 2026 12:09 (UTC +04:00) 238
Əcnəbilər üçün müvəqqəti yaşamaq və iş icazəsi ilə bağlı güzəştlər genişləndirilir

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı halların əhatə dairəsi genişləndiriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, aqroparkın rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən aqronoma, bağçılıq üzrə nmütəxəssisə, baytar həkimə (o şərtlə ki, həmin şəxslər cəlb olunduqları fəaliyyət sahəsində təcrübəyə malik olsunlar) 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək müvəqqəti yaşamaq üçün icazənin verilməsi (uzunmüddətli icazə) və iş icazəsinin alınması tələb olunmayacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости