https://news.day.az/azerinews/1869111.html
Hindistan şirkətləri Azərbaycanda 2 sahəyə yatırım edəcək
Hindistan şirkətləri Azərbaycanda neft və energetika sektoruna investisiyaya maraq göstərir. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Hindistan şirkətləri Azərbaycanda 2 sahəyə yatırım edəcək
Hindistan şirkətləri Azərbaycanda neft və energetika sektoruna investisiyaya maraq göstərir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə cümə günü Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, ikitərəfli ticarət və investisiyaların daha da genişləndirilməsi üçün çox yaxşı imkanlar mövcuddur.
"Bu gün biz razılaşdıq ki, neft və energetika sektoruna investisiyaları daha da dərinləşdirməyə, həmçinin digər sahələri də genişləndirməyə baxmalıyıq",- deyə nazir əlavə edib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре