https://news.day.az/azerinews/1869147.html Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib. Day.Az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb

Azərbaycanca, 23 октября 2026 15:58 (UTC +04:00) 258
Moskvanın bütün aeroportlarında uçuşlar dayandırılıb

Moskvanın Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edilib.

Day.Az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

"Vnukovo, Domodedovo, Jukovski (Ramenskoye) və Şeremetyevo hava limanlarında hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə məlumatda bildirilib.

Rosaviasiyada vurğulayıblar ki, bu tədbirlər uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, bundan bir qədər əvvəl Moskva meri Sergey Sobyanin "Maks" platformasında paytaxta doğru uçan bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi barədə məlumat vermişdi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости