https://news.day.az/azerinews/1869164.html Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırılıb Almaniya alimləri 80 yaşlı şəxsin qan hüceyrələrini bioloji yaşı 20-dən az olan insanlara uyğun sinir kök hüceyrələrinə çevirməyə nail olublar. Tədqiqatın nəticələri "Aging Cell" elmi jurnalında dərc olunub. Day.Az-ın məlumatına görə, mütəxəssislər hüceyrələrin yenidən proqramlaşdırılması prosesini 100 gündən çox uzadıblar.

Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırılıb

Azərbaycanca, 24 октября 2026 01:38 (UTC +04:00) 329
Almaniyada 80 yaşlı şəxsin hüceyrələri 60 il cavanlaşdırılıb

Almaniya alimləri 80 yaşlı şəxsin qan hüceyrələrini bioloji yaşı 20-dən az olan insanlara uyğun sinir kök hüceyrələrinə çevirməyə nail olublar. Tədqiqatın nəticələri "Aging Cell" elmi jurnalında dərc olunub.

Day.Az-ın məlumatına görə, mütəxəssislər hüceyrələrin yenidən proqramlaşdırılması prosesini 100 gündən çox uzadıblar. Bu, hüceyrələrdə baş verən dəyişiklikləri mərhələli şəkildə izləməyə və cavanlaşma mexanizmlərini daha ətraflı öyrənməyə imkan verib.

Alimlərin fikrincə, yeni yanaşma qocalma prosesinin öyrənilməsinə və gələcək tibbi araşdırmalara töhfə verə bilər. Əldə edilən sinir kök hüceyrələri gələcəkdə müxtəlif beyin hüceyrələrinin yaranması üçün istifadə oluna bilər. Bununla belə, nəticələr hələ insan orqanizminin bütövlükdə cavanlaşdırılması demək deyil.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости