https://news.day.az/azerinews/1869342.html Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə Pakistandakı elektrik stansiyalarından Şərqi Afrikadakı dəmir yollarına qədər Çin kreditləri bir çox inkişaf etməkdə olan ölkələrdə iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə kömək edib.

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Azərbaycanca, 24 октября 2026 14:30 (UTC +04:00) 267
Dünya Çindən kredit götürür:

Pakistandakı elektrik stansiyalarından Şərqi Afrikadakı dəmir yollarına qədər Çin kreditləri bir çox inkişaf etməkdə olan ölkələrdə iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə kömək edib. Lakin bu investisiyalar bəzi dövlətlər üçün əhəmiyyətli borc öhdəliklərinə çevrilib və onların maliyyə vəziyyətinin dayanıqlılığına təsir edir.

Bu barədə Dünya Bankının Beynəlxalq Borc Statistikası (International Debt Statistics) çərçivəsində hesabatda bildirilir.

Ölkələr çinli kreditorlar qarşısında ödənilməmiş uzunmüddətli dövlət borcunun və dövlət zəmanəti ilə təmin edilmiş borcun həcminə görə sıralanıb.

Reytinqdə birinci yeri Çinli kreditorlar qarşısında 22,38 milyard dollar borcu olan Pakistan tutur. Bu, siyahıda ikinci yerdə qərarlaşan Anqolanın borcundan təxminən 8 milyard dollar çoxdur. Cənubi Asiyada yerləşən bu ölkə onilliklərdir Pekinlə sıx hərbi və iqtisadi əlaqələr saxlayır. Hər iki tərəf münasibətlərini "hər cür şəraitdə strateji tərəfdaşlıq" kimi xarakterizə edir. Çinin maliyyə dəstəyi Pakistanda elektrik enerjisi və nəqliyyat infrastrukturu sahələrində iri layihələrin həyata keçirilməsinə imkan verib.

 

İkinci yerdə 14,4 milyard dollar borcu olan Anqola qərarlaşıb. Ölkənin Çinli kreditorlarla əməkdaşlığı müharibədən sonrakı bərpa dövründə genişlənib. 2004-cü ildə Anqolaya 2 milyard dollar məbləğində kredit xətti açılıb. Bərpa işləri davam etdikcə bu məbləğ sonradan əhəmiyyətli dərəcədə artırılıb.

Şri-Lanka 3-cü (8,7 milyard dollar), Efiopiya 4-cü (7,4 milyard dollar), Banqladeş isə 5-ci (6,6 milyard dollar), Misir 6-cı (5,9 milyard dollar), Keniya 7-ci (5,4 milyard dollar), Zambiya 8-ci (5,3 milyard dollar), Nigeriya 9-cu (5,3 milyard dollar), Laos 10-cu (5,3 milyard dollar) təşkil edir.

Siyahıda növbəti pillələrdə isə Argentina (5,2 milyard dollar), Fil Dişi Sahili (4,1 milyard dollar), Kamboca (4,1 milyard dollar), Özbəkistan (3,9 milyard dollar), Konqo Demokratik Respublikası (3,5 milyard dollar), Cənubi Afrika Respublikası (3,3 milyard dollar), Kamerun (3,3 milyard dollar), Serbiya (3,2 milyard dollar), Konqo (3 milyard dollar) və Belarus (2,8 milyard dollar) qərarlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости