https://news.day.az/azerinews/1869344.html
Fransada atışmada ölən MMA döyüşçüsü imiş
Fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi Parisin ətrafındakı Trapp şəhərində baş verən atışma zamanı 26 yaşında həlak olub. Onun ölümü barədə ATCH Academy idman akademiyası sosial şəbəkələrdə məlumat yayıb.
Fransada atışmada ölən MMA döyüşçüsü imiş
Fransalı MMA döyüşçüsü Penqo Bossio Vanqi Parisin ətrafındakı Trapp şəhərində baş verən atışma zamanı 26 yaşında həlak olub.
Onun ölümü barədə ATCH Academy idman akademiyası sosial şəbəkələrdə məlumat yayıb.
Akademiya idmançının ailəsinə və yaxınlarına başsağlığı verərək onun "həm tatamidə, həm də onun hüdudlarından kənarda" ətrafındakılara nümunə olduğunu vurğulayıb.
Klub nümayəndələri hücum nəticəsində zərər çəkənlərin hamısına dəstəklərini də ifadə ediblər.
Xatırladaq ki, ötən gün Paris yaxınlığında baş verən silahlı insident zamanı 1 nəfər ölmüş, 5 nəfər isə xəsarət almışdı.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре