https://news.day.az/azerinews/1869498.html Ağcabədidə “Niva” mikroavtobusla toqquşdu: 4 yaralı var Ağcabədi rayonunda "Niva" markalı minik avtomobili ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayon ərazisində baş verib.

Ağcabədidə “Niva” mikroavtobusla toqquşdu: 4 yaralı var

Azərbaycanca, 25 октября 2026 16:13 (UTC +04:00) 365
Ağcabədidə “Niva” mikroavtobusla toqquşdu:

Ağcabədi rayonunda "Niva" markalı minik avtomobili ilə "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, qəza rayon ərazisində baş verib.

Hadisə zamanı "Niva"nın sürücüsü, 1998-ci il təvəllüdlü İslam Quliyev, eləcə də mikroavtobusun sərnişinləri - 1984-cü il təvəllüdlü Tural Həsənov, 1979-cu il təvəllüdlü Həbib Vəliyev və 1983-cü il təvəllüdlü Elmir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti orta-ağır qiymətləndirilən İslam Quliyev Goranboy rayonunda yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости