https://news.day.az/azerinews/1869721.html Taksi dayanacağını zəbt edənləri cəza gözləyir - VİDEO Paytaxtda taksilər üçün ayrılan parklanma yerləri digər avtomobillər tərəfindən zəbt olunur. Bəzi sürücülərin taksi fəaliyyəti ilə məşğul olmadığı halda bu ərazilərdə maşın saxlaması lisenziyalı taksi sürücülərinin narazılığına səbəb olur.

Taksi dayanacağını zəbt edənləri cəza gözləyir - VİDEO

Azərbaycanca, 26 октября 2026 16:10 (UTC +04:00) 289
Taksi dayanacağını zəbt edənləri cəza gözləyir

Paytaxtda taksilər üçün ayrılan parklanma yerləri digər avtomobillər tərəfindən zəbt olunur. Bəzi sürücülərin taksi fəaliyyəti ilə məşğul olmadığı halda bu ərazilərdə maşın saxlaması lisenziyalı taksi sürücülərinin narazılığına səbəb olur. Onlar sərnişinləri mindirib-düşürmək üçün yer tapa bilmədiklərini, başqa ərazilərdə dayandıqda isə cərimələndiklərini bildirirlər.

Day.Az xəbər verir ki, nəqliyyat eksperti Raqif Rafioğlu problemin həlli üçün xüsusi dayanacaqlara nəzarətin gücləndirilməli olduğunu deyir.

Onun sözlərinə görə, ayrılmış yerlərin sayının artırılması kifayət deyil, aidiyyəti qurumlar qanunsuz parklanmanın qarşısını almaq üçün birgə tədbirlər görməlidirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, taksilər üçün nəzərdə tutulan dayanacaqlarda digər avtomobillərin saxlanması qadağandır. Qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən 40 manat cərimə və 2 cərimə balı ilə üzləşirlər. Xüsusi parklanma yerlərinin təyinatı üzrə istifadəsi üçün nəzarətin gücləndirilməsi vacibdir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости