https://news.day.az/azerinews/1870014.html Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO Son günlər ərzində 98 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib. Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - VİDEO

Azərbaycanca, 27 октября 2026 16:04 (UTC +04:00) 244
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər

Son günlər ərzində 98 xarici ölkə vətəndaşı Gürcüstandan deportasiya edilib.

Day.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin müvafiq qurumları ilə birgə keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin ümumilikdə 98 vətəndaşı Gürcüstandan çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Məlumata görə, cari il ərzində Gürcüstan Miqrasiya Departamenti tərəfindən 3500-dən çox şəxs ölkədən deportasiya edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости