https://news.day.az/azerinews/1870020.html Xəzinə ovçularının DİQQƏTİNƏ: Bu alətlə bağlı qanunları BİLMƏLİSİNİZ - VİDEO Metal detektorların satışı Azərbaycanda qanuni olsa da, onlardan istifadə müəyyən hüquqi məhdudiyyətlərlə tənzimlənir. Qızıl, gümüş və digər metalların axtarışı üçün nəzərdə tutulan cihazların qiyməti 300 manatdan başlayaraq 2300 manatadək dəyişir.

Xəzinə ovçularının DİQQƏTİNƏ: Bu alətlə bağlı qanunları BİLMƏLİSİNİZ - VİDEO

Azərbaycanca, 27 октября 2026 16:17 (UTC +04:00) 307
Xəzinə ovçularının DİQQƏTİNƏ:

Metal detektorların satışı Azərbaycanda qanuni olsa da, onlardan istifadə müəyyən hüquqi məhdudiyyətlərlə tənzimlənir. Qızıl, gümüş və digər metalların axtarışı üçün nəzərdə tutulan cihazların qiyməti 300 manatdan başlayaraq 2300 manatadək dəyişir. Xəzinə tapmaq ümidi ilə bu cihazları alanlar isə onların imkanları və istifadə qaydaları barədə əvvəlcədən məlumatlı olmalıdırlar.

Day.Az xəbər verir ki, satıcı Elnur Məmmədovun sözlərinə görə, metal detektorlar yalnız qızılı və ya gümüşü seçərək aşkar edə bilmir. Cihazlar müxtəlif metal növlərinə reaksiya verir və aşkarlama dərinliyi modeldən, eləcə də metalın ölçüsündən asılıdır. Bu qurğular itirilmiş əşyaların tapılmasında və tikinti zamanı torpaq altında qalan metal hissələrin müəyyənləşdirilməsində də istifadə olunur.

Vəkil Zaur Əmrahov bildirir ki, detektora sahib olmaq qanuni olsa da, ondan istənilən ərazidə istifadə etmək olmaz. Dövlət torpaqlarında, meşələrdə, tarixi abidələrin ərazilərində və başqasına məxsus sahələrdə icazəsiz axtarış və qazıntı aparılması hüquqi məsuliyyət yarada bilər. Buna görə də vətəndaşlar metal detektorlardan istifadə edərkən qanunvericiliyin tələblərini nəzərə almalıdırlar.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости