https://news.day.az/azerinews/1870050.html İstanbulda güclü yağış daşqına səbəb oldu - VİDEO Türkiyənin İstanbul şəhərində leysan yağış nəticəsində bir sıra küçə və yolları su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Day.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, Pendik, Tuzla, Bayrampaşa və Ataşehir rayonlarında yollar və yeraltı keçidlər su altında qalıb.

İstanbulda güclü yağış daşqına səbəb oldu - VİDEO

Azərbaycanca, 27 октября 2026 17:33 (UTC +04:00) 280
İstanbulda güclü yağış daşqına səbəb oldu

Türkiyənin İstanbul şəhərində leysan yağış nəticəsində bir sıra küçə və yolları su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Pendik, Tuzla, Bayrampaşa və Ataşehir rayonlarında yollar və yeraltı keçidlər su altında qalıb. Bəzi avtomobillər suda hərəkətsiz vəziyyətdə qalıb. Şile rayonunda isə yağış yolların zədələnməsinə, palçıq və daşların hərəkətə mane olmasına səbəb olub.

Meteorologiya Baş İdarəsi İstanbul və Antalya da daxil olmaqla bir sıra vilayətlər üçün yağış xəbərdarlığı edib.

Meteorologiya üzrə mütəxəssis Orhan Şen bildirib ki, Antalyada güclü yağış təhlükəsi cümə gününə qədər davam edə bilər. O, həmçinin dəniz suyunun temperaturunun yüksək olması səbəbindən bölgədə burulğan riskinin artdığını qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости