Səbinə Əliyevanın səlahiyyət müddəti başa çatır – Yeni ombudsman seçiləcək?
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi daxil edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, gündəlikdə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi yer alıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın səlahiyyət müddəti 7 ildir .
O, Milli Məclis tərəfindən 29 noyabr 2019-cu il tarixində bu vəzifəyə seçilmişdir. Qanunvericiliyə ("Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Qanun) əsasən, Ombudsmanın səlahiyyət müddəti 2026-cı ilin noyabr ayında başa çatır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре