Ceyranbatanda məktəbdə zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu - YENİLƏNİB
TƏBİB Ceyranbatandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
Day.Az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq, qurumdan məlumat verilib ki, bu gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub" - deyə əlavə edilib.
Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.
XXX
17:05
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
Day.Az report-a istinadən xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре