Avtomobil təkəri hansı hallarda təmir edilməli, hansı hallarda dəyişdirilməlidir?
Avtomobil təkərlərinin hər zədələnməsi onların təmir edilə biləcəyi demək deyil. Mütəxəssislər bildirirlər ki, protektorun hərəkət səthində yaranan kiçik deşilmələr xüsusi yamaq və təmir vasitələri ilə bərpa oluna bilər. Lakin təkərin yan divarında və çiyin hissəsində yaranan zədələr zamanı onun dəyişdirilməsi tövsiyə olunur.
Day.Az xəbər verir ki, texniki ekspert Aleksandr Tarasovun sözlərinə görə, havası azalmış təkərlə uzun müddət hərəkət etmək daxili konstruksiyaya zərər vuraraq onu təmirə yararsız hala sala bilər. Xüsusilə "RunFlat" və digər özünüdaşıyan şinlər zədələndikdən sonra mütəxəssis tərəfindən yoxlanılmalıdır.
Ekspertin diqqətə çatdırdığı digər məqam protektorun aşınma səviyyəsidir. Onun sözlərinə görə, yay təkərlərində protektorun qalıq dərinliyi minimum 1,6 mm, qış təkərlərində isə 4 mm olmalıdır. Sürücülərə təkərlərin vəziyyətini mütəmadi yoxlatmaq və təhlükəsizlik baxımından yararsız şinləri vaxtında dəyişmək tövsiyə edilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре