https://news.day.az/azerinews/1876048.html Saxlanılan şəxsin üzərindən 5 kiloqramdan çox narkotik çıxdı Masallı rayonunda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər.

Saxlanılan şəxsin üzərindən 5 kiloqramdan çox narkotik çıxdı

Azərbaycanca, 21 ноября 2026 12:26 (UTC +04:00) 286
Saxlanılan şəxsin üzərindən 5 kiloqramdan çox narkotik çıxdı

Masallı rayonunda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçiriblər. Əməliyyat zamanı saxlanılan M.Zöhrabzadədən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırma davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости