https://news.day.az/azerinews/1876075.html Həm zülal, həm də liflə zəngin 5 qida: Mütəxəssislər daha çox yeməyi tövsiyə edir Sağlam qidalanmada zülal və lif mühüm rol oynayır. Zülal əzələlərin və toxumaların inkişafı, bərpası üçün vacib olduğu halda, lif həzm sisteminin fəaliyyətini dəstəkləyir, qan şəkəri və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Dietoloqların fikrincə, bəzi qidalar hər iki faydalı maddəni eyni vaxtda təmin edir.

Həm zülal, həm də liflə zəngin 5 qida: Mütəxəssislər daha çox yeməyi tövsiyə edir

Azərbaycanca, 22 ноября 2026 06:49 (UTC +04:00) 263
Həm zülal, həm də liflə zəngin 5 qida:

Sağlam qidalanmada zülal və lif mühüm rol oynayır. Zülal əzələlərin və toxumaların inkişafı, bərpası üçün vacib olduğu halda, lif həzm sisteminin fəaliyyətini dəstəkləyir, qan şəkəri və xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir. Dietoloqların fikrincə, bəzi qidalar hər iki faydalı maddəni eyni vaxtda təmin edir.

Day.Az xəbər verir ki, mütəxəssislər zülal və liflə zəngin beş məhsulu xüsusi qeyd edirlər: mərci, balqabaq tumu, çia toxumu, tam taxıllı çörək və tam taxıllı makaron.

Məsələn, 100 qram quru mərci təxminən 25 qram zülal və 13 qram lif, balqabaq tumu isə 24-30 qram zülal və 6-8 qram lif ehtiva edir. Çia toxumları da bu baxımdan zəngin mənbələrdən hesab olunur.

Dietoloqlar gündəlik qidalanmada paxlalılara, tam taxıllı məhsullara və toxumlara daha çox yer verməyi tövsiyə edirlər. Tövsiyələrə əsasən, gündəlik lif ehtiyacı təxminən 25-30 qram təşkil edir. Bu məhsulların digər qidalarla düzgün şəkildə birləşdirilməsi həm zülal, həm də lif qəbulunu artırmağa kömək edə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости