Yüksək təzyiqi olanlar səhər yeməyində qaynadılmış yumurta yeməlidir, yoxsa qayğanaq?
Yüksək qan təzyiqi olan insanlar səhər yeməyində qaynadılmış yumurta ilə qayğanaq arasında seçim edərkən hazırlanma üsuluna və istifadə olunan ərzaqlara diqqət yetirməlidirlər.
Day.Az xəbər verir ki, hər iki yemək zülal, B12 vitamini, selen və xolin mənbəyidir.
Mütəxəssislər bildirirlər ki, yumurtanın özündən daha çox ona əlavə edilən duz və digər məhsullar qan təzyiqinə təsir göstərə bilər.
Qaynadılmış yumurtanın üstünlüyü onun hazırlanması zamanı əlavə yağdan istifadə edilməməsidir. Qayğanaq isə adətən yağ, pendir və duzla hazırlandığı üçün tərkibindəki natrium və yağ miqdarı arta bilər. Məlumata görə, bir ədəd iri yumurtada təxminən 65 milliqram natrium var.
Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə yumurta ilə birlikdə kolbasa, bekon, duzlu pendir və hazır sousların qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər. Onların sözlərinə görə, əsas məsələ yumurtanın necə bişirilməsindən çox, ümumi qidalanma tərzidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре